Layihələndirmə


“MİNT İnşaat ” MMC əməkdaşları və texniki heyəti hər zaman memar və konstruktorlara, layihə rəhbərlərinə avadanlıq və sistem seçimində, həmçinin lazım olan texniki xüsusiyyətlər, cizgilər, quraşdırma sxeminin təqdim olunmasında təmənnasız xidmət göstərir.
Əməkdaşlarımız tikinti üçün ayrılmış sahənin vəziyyətindən asılı olmayaraq sifarişçinin istək və tələblərinə uyğun layihə işlərinin hazırlanmasına köməklik edir.
Layihələndirmədə keyfiyyət ön planda durur. Hər bir detalın yeri dəqiq müəyyənləşdirilir və layihədə xırda bir şübhə araşdırılaraq yenidən işlənilir. Layihədə sifarişçinin bütün istək və tələbləri nəzərə alınır.  “MİNT İnşaat ” MMC müştərilərinin istəyinə görə layihənin yekun görüntüsünü əvvəlcədən hazirlayib müştərilərinə təqdim edir.
Biz, tikinti obyektlərin çertyojlarını sadəcə olaraq çəkmirik, biz onu planlaşdırırıq, tikintidə tələb olunan bütün xırdalıqları nəzərə alırıq, Avadanlıqlarımız obyektin gözəlliyini və rahatlığını maksimum şəkildə nümayiş etdirir.