HAQQIMIZDA


Azərbaycan iqtisadiyyati sürətlə inkişaf etməkdədir. Bu inkişaf özünü yeni müəssisələrin yaranmasında, müxtəlif sektorların inkişafında göstərməkdədir. Tikinti sektoru da hal - hazırda irəlidə gedən və ÜDM-da xüsusi payı olan sektorlardan biridir. Dövlətimizin kiçik və orta biznesə, ümumiyyətlə, sahibkarlığa qayğısının nəticəsidir ki, bu sektorda da yeni müəssisələr yaranır.
“MİNT İnşaat” tikinti materialları bazarında özünəməxsus yer tutan şirkətlərdir. Bizim “MİNT İnşaat” olaraq məqsədimiz müştərilərimizi keyfiyyətli, təhlükəsiz avadanlıqlarla təmin etmək eyni zamanda iştehlakçılara istifadə zamanı dəstək və qayğı göstərməkdir. Bu dəstək və qayğı dedikdə, satışdan sonrakı texniki servis, təmir, ehtiyat hissələrinin dəyişdirilməsini nəzərdə tuturuq.  Qeyd etməliyik ki, bu məqsədi reallaşdırmaq üçün biz bu məhsul qrupları üzrə ən yüksək səviyyəli şirkətlərlə çalışırıq. Bunlardan irəli gələrək “MİNT İnşaat” - ın missiyası Azərbaycan bazarında yüksək kefiyyətlli, təhlükəsiz məhsullarla çıxış etmək və bu məhsulların satışdan sonrakı təmir və texniki servis xidmətlərini göstərməklə bu sahədə lider olan şirkətə çevrilməkdir.
 “MİNT İnşaat ” MMC, inşaat yük və sərnişin platformaları, sərnişin liftləri və  avtomayik parking sistemləri, fasad təmizləyən və fasada xidmət göstərən  avadanlıqların satışdan öncəki texniki dəstək, satış sonrası quraşdırılması, texniki servis və ehtiyyat  hissələri ilə təmin edilməsində hər zaman sizin yanınızdadır.