Asma Səbətlər


 

Asma səbət bina xarici cəbhə işləri olan tikinti sahələrində qarşımıza tez-tez çıxan yük qaldırma xüsusiyyəti olan, xarici cəbhə sistemidir.

Bina və digər strukturların inşa, təmir işləri,  boyama, suvaq, izolyasiya və s. işlərin həyata keçirilməsində etibarlı bir iş mühitinin və bu mühitə təhlükəsiz girişin təmin edilməsi üçün zəruri olan müvəqqəti tikinti qurğusudur.  Asma səbətlər həmçinin tikinti zamanı binanın fasad işlərinin görülməsi, fasadın üzlənməsi, şüşələrin quraşdırılması, fasad üzərində digər işlərin görülməsi, hazır binalarda isə fasadların təmizlənməsi və təmir bərpası, şüşələrin təmizlənməsi, dəyişdirilməsi üçün də  ən uyğun və əlverişli seçimdir. Bu sistemlər praktik quraşdırma və asan yerdəyişmə xüsusiyyətləri sayəsində təhlükəsizlik baxımından çox əlverişli və ekonomik seçimdir. Avadanlıqlar alıcının istəyinə uyğun olaraq istənilən uzuluq və ölçülərdə təmin edilə bilər.